İntİbah Səndən Başlayır!
Azərbaycana Mədəni Mənəvi İntibah arzulayırıq! Bu yolda sənin də köməyinə ehtiyacımız var. Əgər ağıllı, mədəni, istedadlı insanlarımızdansansa, sən də bizimlə birlikdə cəhalətə öz işığını tuta bilərsən! İntibah bizim hər birimizdən başlayır!
MƏDƏNİ MƏNƏVİ İNTİBAH
30 illik ideoloji yükdən sonra Azərbaycan öz müstəqilliyi dövründə ilk dəfədir ki, yeni səhifədən başlaya biləcək. Artıq heç bir asıllılığı və keçmişdən miras qalan fəlsəfi, mental, mənəvi borcu yoxdur. Belə dövrlər ümid verici olduğu kimi həm də təhlükəlidir. Məqsəd və məna boşluğuna düşən kütlə yiyəsiz uşaq kimidir. Belə ki, ideoloji boşluq bir çox hallarda azğınlıq, cahillik, deqradasiya və cinayətkarlıqla nəticələnə bilər.
