BİZ KİMİK

Biz Azərbaycanın intellektualları, yaradıcı insanları və fikir sahibləriyik. Sıralarımıza hər kəs qoşula bilər. 

Rəqəmsal dərgimizdə Azərbaycanın bütün öndə gedən insanlarının, alim və ictimai xadimlərinin, dövlət işçiləri və jurnalistlərin, gənclər və filosoflarının yazıları, fikirləri paylaşılacaq. 

Məqsəd Azərbaycanı bürümüş bayağılıq və mənəvi boşluğa son qoymaq. Azərbaycanın dəyərli insanlarını doğru dəyərlər ətrafında birləşdirməkdir. 

İntelligensiya və Elita birləşməmiş xalqın birliyindən söhbət gedə bilməz. 

Bu layihə, Azərbaycanın gələcəyini düşünən və yeni nəsili doğru yola yönləndirməyə çalışan yaradıcı insanlar, iş adamları, ictimai fiqurlar, könüllülər və aktiv gənclərin birgə zəhməti nəticəsində ərsəyə gəlir. 

İntibah dərgisi – heç bir xarici qüvvəyə xidmət etmir və heç bir düşmən tərəfindən maaliyyələşmir. Əksinə xalqın, dövlətin və intellektual təbəqənin birgə səyi nəticəsində birmənalı olaraq Azərbaycana xidmət edir.

Hazırda bütün mailiyyə vəsaitləri şəxsən Qaraqan və Yaradıcı Birlik tərəfindən ödənilir və layihə heç bir kommersiya məqsədi daşımır. Yəni ki, buradan yaxın və ya uzaq gələcəkdə ola biləcək bütün gəlirlər yenidən İntibah layihələrinə yatırım ediləcək və xalqımızın Mədəni, Mənəvi İnkişafına xərclənəcək.

Məqsədimiz özü-özünü ödəyəcək xalqa xeyirli qeyri mərkəzləşdirilmiş Mətbuat və Maariflənmə platforması yaratmaqdır.

Azərbaycan insanının mənəviyyatı və mədəniyyəti yüksəldikcə bir çox ictimai, maddi və ruhsal problemləri aradan qalxacaq – özünə və ətrafına yararlı insana çevriləcək. Demək ki, hər birimizə yararlı olacaq.

İntibah cahil kütlədən kamil cəmiyyətə doğru atılan bir addımdır! Əgər sən də özünü bu işdə yararlı hesab edirsənsə mütləq bizə qoşul və ya dəstək ol. 

İMTİNA – Bu layihə heç bir siyasi, ideoloji, dini, daxili və ya xarici qüvvə, gizli şəxsiyyət və ya qurum, şirkət və ya təşkilat tərəfindən maaliyyələşmir, yönləndirilmir. Məqsədimiz dediyimiz kimi aydın və sadədir. Minilliklər boyu xalqımızın intellektualları, kamil insanları, ruhaniləri və xeyriyyəçiləri, xanları və elit təbəqəsi və bir araya gəlib cəmiyyəti maarifləndirmək, mənəvi zənginləşdirmək üçün çalışıblar. Biz də bu qədim və gözəl ənənəni dirçəltmək istəyirik.