YAZARLARA – SÖZ ADAMLARINA

Qeyrİ-Ənənəvİ, Qeyrİ-Mərkəzləşdİrİlİmİş Mətbuatın bİr parçası ol! 

Əgər Azərbaycanın maariflənməsi, aydınlanması, savadlanmasını istəyiriksə bunu təkcə bir nəfər ilə etmək mümkün olmayacaq!  Gəlin İNTİBAH-ın daha bir qolunu – Mətbuatı işə salaq. Bu işdə bizə yazarların dəstəyi gərəkdir! Fərqi yoxdur, jurnalistsiniz, iş adamısınız və ya digər sahələrdə çalışırsınız, bizə yazılarınızı göndərə bilərsiniz! 

Bizim komanda yazınızı dərc edəcək, bəyəndiyimiz yazıları sosial mediyada reklam edəcəyik, yayacağıq. 

Bizim platformaya bütün yazıçılar, jurnalistlər, istənilən peşə adamları, fikir müəllifləri dəvətlidir. Əgər bölüşmək istədiyiniz bir fikir varsa, xalqımızın xeyrinə bir ideyanız, təklifiniz varsa, buyurun, bizə yazınızı göndərin, çap edək.

KİM YAZI GÖNDƏRƏ BİLƏR

Biz ənənəvi təhsil sistemini meyar kimi qəbul etmirik. Əgər bacarığınız varsa, yaza bilirsinizsə yaşınızdan, peşənizdən, təhsilinizdən asılı olmayaraq bizlə çalışa bilərsiniz.

Qısacası – HƏRKƏS GÖNDƏRƏ BİLƏR

Yazınız hazır olduqda onu fayl şəklində bu anketə əlavə edin. Yazınızla bağlı sizə dönəcəyik. 

HANSI MÖVZULARDA YAZILAR QƏBUL OLUNUR

Mövzulara bizim redaksiya heyətimiz baxacaq və bəzən bizim təkliflərimiz bəzən sizin təkliflərinizlə yazılar dərc olunacaq. Yazını xüsusi formata salmırıq amma aşağıdakı mövzulara daha çox yer veriləcək.  

Fəlsəfə | Mədəniyyət | Dəyərlərimiz | Film | Kitab | Musiqi | Cəmiyyətimizin inkişafı | Ümumi insanlığın inkişafı | Jurnalist araşdırması | Tarixi araşdırma | Köşə yazıları | Ruh və Mənəviyyat | Şəxsi İnkişaf | Yaradıcı Yazılar | Ailə və Məişət |  Digər Mövzular

YAZI FORMATI VƏ GÖNDƏRMƏ ÜSULU

  1. YAZAR öncədən qərar verməlidir – Təxəllüsü ilə yazmaq istəyir və ya həqiqi imzası ilə 
  2. Öz adı ilə yazanlar  haradasa 100 söz civarında özü haqqında qısa məlumat yazmalıdır. 
  3. Özünün fotosunu göndərməlidir. Foto keyfiyyətli olmalıdır. 
  4. Yazının uzunluğu 400+ söz olmalıdır. 
  5. Yazıda orfoqrafiya səhvləri olmamalı və ya minimal olmalıdır. 
  6. Yazarlar istəklərindən asıllı olaraq sosial media linklərini əlavə edə bilərlər.

 

yazarlar kitablar